Modern.az

Rusiya Millətlər Liqasından kənarlaşdırıldı

Rusiya Millətlər Liqasından kənarlaşdırıldı

Dünya

2 May 2022, 22:09

Rusiyanın milli futbol komandası Millətlər Liqasının 2022/23 mövsümündə iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

 

Rusiya komandası B qrupunda təmsil olunurdu, İslandiya, İsrail və Albaniya komandaları ilə ikinci divizionda çıxış etməli idi.

 

Komanda avtomatik olaraq dördlükdə sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə üçüncü diviziondan çıxarılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu