Modern.az

Daha bir neçə Rusiya bankı "SWIFT"dən çıxarılır

Daha bir neçə Rusiya bankı

İqtisadiyyat

3 May 2022, 11:07

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel daha bir neçə Rusiya bankının “SWIFT” beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacağını bildirib.

 

Modern.az xəbər verir ki, Aİ nümayəndəsi bu barədə Latın Amerikası ölkələrinə səfəri zamanı deyib. Diplomat yeni məhdudiyyətlərin hansı kredit təşkilatlarına şamil ediləcəuini açıqlamayıb.

 

Borrel qeyd edib ki, maliyyə sektorunda daha çox Rusiya bankı “SWIFT” beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacaq:


"Bunların hansı banklar olacağını deyə bilmərəm, amma mütləq olacaq. Enerji sektorunda isə biz Rusiyanın neft idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi