Modern.az

Makron bu gün Putinə zəng edəcək

Makron bu gün Putinə zəng edəcək

Dünya

3 May 2022, 13:57

Fransa prezidenti Emmanuel Makron bu gün Rusiya lideri Vladimir Putinə zəng etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki,  bu barədə AFP agentliyi Yelisey sarayına istinadən məlumat yayıb. 

 

Məlumata görə, danışıqların başlaması Moskva vaxtı ilə saat 13:00-a planlaşdırılıb.

 

Xatırladaq ki, Fransa və Rusiya prezidentləri arasında bundan əvvəlki telefon danışığı martın 29-da baş tutub.

 

Onu da qeyd edək ki,  Makronun Ukrayna lideri Volodimir Zelenski ilə əvvəllər təxirə salınmış telefon danışığı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu