Modern.az

Tokayev Türkiyəyə səfər edəcək

Tokayev Türkiyəyə səfər edəcək

Dünya

3 May 2022, 17:04

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 10-11 may tarixlərində Türkiyəyə rəsmi səfərə getməyi planlaşdırır. 

 

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti Tokayevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra məlumat yayıb.

 

"Rəcəb Tayyib Ərdoğan bildirib ki, Kasım-Jomart Tokayevin mayın 10-11-də Türkiyəyə planlaşdırılan dövlət səfəri ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın genişləndirilməsində mühüm mərhələ olacaq. Dövlətimizin başçısı məsələyə bu yanaşma ilə razılaşıb. Qarşıdakı danışıqlar Ankarada olacaq”, - rəsmi məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu