Modern.az

Nənəsigilə qonaq gedən azyaşlı eyvandan yıxıldı

Nənəsigilə qonaq gedən azyaşlı eyvandan yıxıldı

3 May 2022, 17:12

Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin V.Abdullayev küçəsi, ev 6, mənzil 46 ünvanında qeydə alınıb.

 

Belə ki, Bakıdan nənəsigilə qonaq gələn Dəniz Hüseynli binanın 4-cü mərtəbəsinin eyvanından yerə yıxılıb.

 

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan D.Hüseynli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI