Modern.az

Almaniya müxalifət lideri Kiyevə gəlib

Almaniya müxalifət lideri Kiyevə gəlib

Dünya

3 May 2022, 20:40

Almaniyanın ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının (XDİ) lideri Fridrix Merz Kiyevə səfər edib.

 

Modern.az xəbər verir ki, alman müxalifət lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Görüş təxminən bir saat davam edib.

 

Almaniya xüsusi xidmət orqanları Merzə Kiyevə getməyi məsləhət görməsə də, müxalifət lideri səfər edərək Ukrayna ilə birlik nümayiş etdirib.

 

Merz Almaniya kansleri Olaf Şoltsun Ukrayna ilə bağlı siyasətinin davamlı tənqidçisidir və Almaniya hökumətindən Kiyevə silah göndərməsini tələb edir. O hesab edir ki, hazırkı Nazirlər Kabineti bu məsələ ilə bağlı qərar qəbul etməkdə çox ləngdir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu