Modern.az

Ukraynanın zirehli texnikalarını bu ölkə təmir edəcək

Ukraynanın zirehli texnikalarını bu ölkə təmir edəcək

Dünya

3 May 2022, 22:51

Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikası Slovakiyanın müdafiə müəssisələrində təmir ediləcək və modernləşdiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin mətbuat katibi Martina Koval-Kakaşçikova məlumat verib.

 

O qeyd edib ki, Slovakiyanın "Konştrukta-Defence" dövlət səhmdar cəmiyyəti Ukrayna hərbi texnikasının təmiri və modernləşdirilməsi üzrə müqavilə imzalayıb.

 

Müqaviləyə əsasən, şirkət ilkin olaraq Ukraynanın onlarla BRDM-2 zirehli texnikasını təmir edəcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu