Modern.az

Klubdakı partlayışda yaralanan seneqallıya dəri köçürüləcək

Klubdakı partlayışda yaralanan seneqallıya dəri köçürüləcək

Aktual

4 May 2022, 12:10

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan özəl tibb müəssisəsində hazırda cəmi 1 nəfər müalicə alır.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

 

Şöbə müdiri söyləyib ki, həmin şəxs Seneqal vətəndaşıdır: “Onun vəziyyəti orta stabil olaraq qiymətləndirilir. Hazırda xəstəxana şəraitində müalicə alan şəxsə rekonstruktiv dəri köçürmə əməliyyatı icra ediləcək.”

 

Qeyd edək ki, aprelin 3-də Səbail rayonu ərazisində yerləşən gecə klubunda baş vermiş partlayış zamanı 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər hadisə yerində vəfat edib. Daha sonra ağır vəziyyətdə olan 3 nəfər dünyasını dəyişib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi