Modern.az

Prezidentin Zəngilana təyin etdiyi xüsusi nümayəndə kimdir? - DOSYE

Prezidentin Zəngilana təyin etdiyi xüsusi nümayəndə kimdir? - DOSYE

İqtisadiyyat

4 May 2022, 15:34

Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.


Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.


Vahid Hacıyev bu təyinatadək “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyəti sədri vəzifəsini tutub. O, həmin vəzifəyə 2020-ci ilin aprelində təyin olunmuşdu.


Daha əvvəl isə 13 il “BP Azerbaijan” neft şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.

Onun “BP Azerbaijan”da sonuncu vəzifəsi Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə Biznes menecer olub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi