Modern.az

“Omikron”un iki yeni alt variantı aşkarlandı

“Omikron”un iki yeni alt variantı aşkarlandı

Dünya

4 May 2022, 19:30

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada COVID-19 virusunun dünyada ən çox yayılmış variantı olan "Omikron"un 2 yeni alt variantını aşkar edib.

 

Modern.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus məlumat yayıb.

 

O, təşkilatın Cenevrədəki mənzil-qərargahında təşkil edilən mətbuat konfransında koronavirusdan ölənlərin sayında azalma müşahidə olunduğunu bildirib.

 

"Cənubi Afrikalı tədqiqatçılar "Omikron"un BA.4 və BA.5 adlı iki yeni alt variant kəşf ediblər", - deyə təşkilatın sədri qeyd edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!