Bolqarıstan parlamenti Ukraynaya hərbi-texniki və humanitar yardımın göstərilməsi barədə qərarı təsdiqləyib.
Modern.az xəbər verir, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin tələb etdiyi kimi, Bolqarıstan Ukraynanı silah və sursatla təmin etməyəcək.
Bundan əlavə, Bolqarıstan müdafiə müəssisələrində Ukrayna hərbi texnikasını təmir edəcək, həmçinin Ukraynanın ehtiyaclarına və Bolqarıstanın imkanlarına uyğun olaraq humanitar, maliyyə və hərbi-texniki yardım göstərəcək.
Qərarın lehinə 200 deputat, əleyhinə 16 deputat səs verib, bir nəfər isə bitərəf qalıb.
Akif İsmayılov