Modern.az

Azərbaycan neftinin qiyməti 114 dollara çatır

Azərbaycan neftinin qiyməti 114 dollara çatır

İqtisadiyyat

5 May 2022, 10:03

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3 dollara yaxın bahalaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,85 ABŞ dolları, yaxud 2,57 % artaraq 113,55 ABŞ dollarına çatıb.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi