Modern.az

Məktəbəhazırlıq qrupları ləğv ediləcək? - Rəsmi açıqlama

Məktəbəhazırlıq qrupları ləğv ediləcək? - Rəsmi açıqlama

Təhsil

5 May 2022, 11:30

Məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək.

 

Modern.az-ın məlumatına görə bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

 

O bildirib ki, bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra məktəblərdə məktəbəqədərhazırlıq qruplarının ləğv ediləcəyi ilə bağlı fikirlər səslənir.

 

“Məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək. Məktəbəhazırlıq qruplarına qəbul hər il adətən iyul-avqust aylarında olur. Bu il də elan olunacaq. Bu qrupların bağlanması ilə bağlı hələlik heç bir məlumat yoxdur”,- deyə nazirlik rəsmisi əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal