Modern.az

Pənah Hüseyn: “Bu təklif İctimai Palata üçün hələ də qüvvədədir”

Pənah Hüseyn: “Bu təklif İctimai Palata üçün hələ də qüvvədədir”

16 Fevral 2013, 10:23

“Seçki islahatı barədə dəyişikliklə bağlı İctimai Palatada müstəqil hüquqşünasların hazırladığı memorandum var. İctimai Palatada hazırda seçki qanunvericiliyini ilə bağlı müzakirələr həmin memorandum əsasında aparılır”. Bunu Modern.az-a açıqlamasında İctimai Palatanın koordinasiya şurasının üzvü Pənah Hüseyn bildirib.

Onun sözlərinə görə, bir neçə istiqamətdə 2010-cu ilə qədər parlamentdə olmuş müsavatçı deputat qrupunun məcəlləyə dair təklifləri təqdim olunub. “Bu təkliflər hazırda İctimai Palata üçün qüvvədədir. Seçki komissiyalarının tərkibində islahatın aparılması, monitorinqlə bağlı ictimai və beynəlxalq təşkilatlara daha üstün imkanların yaradılmasına dair, müşahidə, təbliğat müddətinin azaldılması və məhdudiyyətlərlə bağlı təkliflər irəli sürülüb”, – deyə P. Hüseyn vurğulayıb.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular