Modern.az

Qazaxıstanda bu tarixdə referendum KEÇİRİLƏCƏK

Qazaxıstanda bu tarixdə referendum KEÇİRİLƏCƏK

5 May 2022, 18:20

İyunun 5-də Qazaxıstanda ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qərar imzalayıb.

 

Referendum ölkənin mövcud siyasi sisteminin modernləşdirilməsini nəzərdə tutur.

 

Tokayev bildirib ki, konstitusiyaya dəyişikliklər Qazaxıstan üçün həlledici əhəmiyyətə malikdir. "Dəyişikliklər konstitusiyanın maddələrinin üçdə birinə təsir edəcək", - deyə o qeyd edib.

 

Prezident, həmçinin deyib ki, Qazaxıstanda keçiriləcək konstitusiya referendumu hakimiyyətin demokratik prinsiplərə möhkəm sadiqliyini nümayiş etdirəcək.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!