Avropa Parlamenti Moldovanın Avropa İttifaqına üzvlük ərizəsini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında məlumat yayılıb.
Qəbul edilən qətnamədə Moldovanın Rusiyanın Ukraynaya hücumundan zərər çəkdiyi və 450 mindən çox ukraynalı qaçqını qəbul etdiyi vurğulanıb.
Qətnamədə, həmçinin Avropa İttifaqının Moldovaya makromaliyyə yardımı göstərməli olduğu diqqətə çatdırılıb. Sənəddə göstərilib ki, Aİ Moldovaya namizədlik statusu verməli və Avropa Komissiyası da ən qısa vaxtda müraciətin qiymətləndirilməsinə başlamalıdır.