Ağ Evin mətbuat katibi Cen Psaki mayın 13-də vəzifəsini tərk edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onu bu vəzifədə müavini Karin Jen Pyer əvəz edəcək.
Jen Pyer 1977-ci ildə anadan olub. O, Ağ Evin ilk qaradərili mətbuat katibi olacaq.
Akif İsmayılov