Modern.az

Avroliqanın finalçıları məlum oldu

Avroliqanın finalçıları məlum oldu

Dünya

6 May 2022, 01:01

UEFA Avropa Liqası çərçivəsində Almaniyanın "Leyptsiq" klubu Şotlandiyada "Reyncers" komandası ilə qarşılaşıb.

 

Modern.az xəbə verir ki, Qlazqodakı matç ev sahibinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İki oyunun nəticəsinə əsasən, hesab "Reyncers"in xeyrinə olub - 3 :2.

 

Digər matçda İngiltərə "Vest Hem"i Almaniyada "Ayntraxt"la münasibətlərinə aydınlıq gətirib. Oyun 1:0 hesabı ilə Almaniya klubunun xeyrinə bitib.

 

Londondakı ilk görüşdə Frankfurt təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.

 

Beləliklə, mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq final qarşılaşmasında "Reyncers" - "Ayntraxt" klubları üz-üzə gələcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!