Modern.az

Birincilərin məktəb seçimi BAŞLADI

Birincilərin məktəb seçimi BAŞLADI

Təhsil

6 May 2022, 08:10

Mayın 6-dan Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılır.

 

Modern.az xəbər verir ki, bu gündən həmçinin dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunan və olunmayan uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat da mümkün olacaq.

 

Eyni zamanda Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal