Modern.az

Çində yaşayış binası çökdü - 53 nəfər öldü

Çində yaşayış binası çökdü - 53 nəfər öldü

6 May 2022, 08:17

Çinin Çanşa şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirib.

 

Məlumata görə, hadisə yerində axtarış əməliyyatı başa çatıb. Şəhər rəhbərliyi dağıntılar altında daha insanların olmadığını təsdiqləyib.

 

Xatırladaq ki, 8 mərtəbəli yaşayış binası aprelin 29-u səhər saatlarında çöküb. Bina 2012-ci ildə tikilib və 6 mərtəbədən ibarət olub, lakin 2018-ci ildə binaya daha iki mərtəbə əlavə olaraq tikilib. Binada mağaza, restoran, kiçik kinoteatr və qəhvəxana, otel, həmçinin yaşayış mənzilləri yerləşirdi.

 

Polis hadisə ilə bağlı azı 9 nəfəri, o cümlədən binanın sahibi və tikinti işlərinin rəhbərini saxlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu