Xerson vilayətini işğal edən Rusiya qoşunları 9 May - Qələbə günü ilə bağlı planlar qurur.
Modern.az xəbər verir ki, bu barədə Xerson Vilayət Şurası məlumat yayıb.
Bildirilib ki, rusiyalı hərbçilər vətəndaşları onların şüar və mahnılarını, rəqslərini öyrənməyə məcbur edir.
Məlumata görə, ruslar bayramı qeyd etmək üçün Krımdan və başqa bölgələrdən aktyor gətirməyi planlaşdırır. Yerli sənətçilar onların bayramında iştirak etmək istəmir. Rusların tələbindən imtina edən mülki sakinlər təzyiqlərə məruz qalır. Hətta rus hərbçilər onları ölümlə hədələyirlər.