Modern.az

Aslan İsmayılov: “Prezidentin çıxışından sonra İsmayıllı məhbusları azad edilməlidir”

Aslan İsmayılov: “Prezidentin çıxışından sonra İsmayıllı məhbusları azad edilməlidir”

Təhsil

16 Fevral 2013, 13:10

“Prezident öz çıxışı ilə faktiki olaraq, İsmayıllı camaatının etiraz etməsinə haqları olduğunu bildirdi. Onların haqları pozulub, təhqir olunublar, qeyri-insani hərəkətlərə yol verilib. Odur ki, İsmayıllı hadisələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər barəsində həbs-qəti imkan tədbiri dəyişdirilməlidir. Onların əksəriyyəti həbsdən azad edilməli, və onlar haqqında olan cinayət işinə xitam verilməlidir”.

Bu sözləri  tanınmış vəkil Aslan İsmayılov Modern.az-a prezidenti İlham Əliyevin məlum konfransdakı çıxışından sonra İsmayıllı olaylarında  iştiraka görə barələrində həbs-qəti imkan tədbiri seçilmiş şəxslərin işinə təsir edəcəyi ilə bağlı mülahizələri şərh edərəkən bildirib.

Onun sözlərinə görə, həbs olunanların arasında  bilavasitə əmlakların yandırılmasında iştirak edən varsa o zaman cəa tədbiri görülə bilər. “Bilavasitə əmlakların yandırılmasında, digər dağıdıcı hallarda iştirak edibsə, həmin şəxslər haqqında şərti cəza tətbiq olunmalıdır”.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir