Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qələbə Paradında çıxış edəcək və Naməlum əsgərin məzarına gül dəstələri qoyacaq.
Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, Putin mayın 9-da hərbi parada qatılacaq: "Onun çıxışı olacaq və ənənəyə görə, paradın sonunda dövlət başçısı Naməlum əsgərin məzarı önünə əklil qoyacaq”.