Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk "Telegram" kanalında bildirib.
Ukrayna Nazirlər Kabinetinə qanundan irəli gələn işləri həyata keçirmək barədə tapşırıq verilib.
Parlamentin sədri vurğulayıb ki, artıq Ukrayna qanunvericiliyində “Böyük Oktyabr Sosialist İnqilabının qələbələri”ndən bəhs edilmir və Kommunist Partiyasının hazırladığı proqramlara istinad edilmir.
“SSRİ və Ukrayna SSR dövlət hakimiyyəti və idarəetmə orqanlarının 1200-ə yaxın aktı təmizlənir”, – deyə o əlavə edib.
Ukrayna hökumətinə həmçinin yeni Əmək, Mənzil və İnzibati Xətalar məcəllələrinin hazırlanması tapşırılıb.
Qeyd edək ki, Rada “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanun layihəsini aprelin 21-də qəbul edib.
Stefançuk sənədin qəbulunun lehinə səs verən bütün deputat həmkarlarıma təşəkkür edib.