Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifəti mitinqlərə davam edir.
Modern.az xəbər verir ki, Ermənistanın müxalifət fraksiyasından parlamentin vitse-spikeri İşxan Saqatelyan yeni mitinqin vaxtını açıqlayıb.
"Sabah saat 12.00-da biz yenə toplaşacağıq və polisi həbslər həyata keçirmək imkanından məhrum etmək üçün dörd böyük qrup şəklində itaətsizlik aksiyalarına başlayacağıq. Sabah İrəvanı iflic vəziyyətinə salacağıq", - Saqatelyan bildirib.
O qeyd edib ki, şənbə günü müxalifət bölgədəki tərəfdarlarına dəstək üçün şəhərlərdən birində mitinq keçirəcək.
Saqatelyanın sözlərinə görə, müxalifətin məqsədi nümayişçilərin sayını artırmaqdır: "Paşinyan o zaman istefa verəcək ki, güc strukturları ona hesabat versin, daha onun hakimiyyətini saxlaya bilmirlər. Həmin gün yaxındır".