Modern.az

Zelenski Almaniya kanslerini Qələbə günü Kiyevə DƏVƏT ETDİ

Zelenski Almaniya kanslerini Qələbə günü Kiyevə DƏVƏT ETDİ

Dünya

6 May 2022, 18:09

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsu mayın 9-da Kiyevə səfər etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski Britaniyanın “Chatham House” analitik mərkəzinin üzvləri ilə videokonfrans formatında baş tutan görüşündə danışıb.

 

"O, mayın 9-da bura, Kiyevə gəlmək üçün çox güclü siyasi addım ata bilər. Mən bu tarixin əhəmiyyətini izah etmirəm, düşünürəm ki, bunun səbəbini başa düşəcək qədər məlumatlısınız", - deyə Ukrayna lideri bildirib.

 

Xatırladaq ki, mayın 9-da Rusiyada Qələbə günü qeyd olunur. Bu il Moskvada Qələbə paradı keçiriləcək. Rusiya Prezidenti Vladimir Putin Qələbə paradında çıxış edəcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!