Modern.az

Gərginlik artır - Çin qırıcılarını havaya qaldırdı

Gərginlik artır - Çin qırıcılarını havaya qaldırdı

Dünya

6 May 2022, 19:27

Tayvan administrasiyasının Hərbi Hava Qüvvələri Filippin dənizinin şimal-qərbində Çinə məxsus 18 hərbi təyyarə aşkar edib.

 

Modern.az xəbər verir ki, bu barədə Tayvan ordusu məlumat yayıb.

 

Qeyd olunur ki, buna cavab olaraq Tayvan ordusu zenit-raket sistemlərini aktivləşdirib. Adaya yaxınlaşan təyyarələrin 6-sı qırıcı, biri sualtı qayıq əleyhinə təyyarə, ikisi bombardmançı olub.

 

Qeyd edək ki, Çin hazırda Tayvan adası yaxınlığında hərbi təlimlər keçirir. Təlimlərin ABŞ konqresmenlərinin Tayvana səfərinə cavab olaraq keçirildiyi bildirilir. Çin Müdafiə Nazirliyi bu səfəri sərt tənqid edib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!