Ukrayna ordusu Xarkov vilayətinin 5 yaşayış məntəqəsini rus qoşunlarından təmizləyib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Aleksandrovka, Fedorovka, Ukrainka, Şestakovo, Pobeda yaşayış məntəqələri və Çerkasski Tişki kəndinin bir hissəsində Ukrayna ordusunun nəzarəti bərpa edilib.
Baş Qərargah Rusiya ordusunun bir neçə hücumunun dəf edildiyini bildirib.
Akif İsmayılov