Modern.az

72 yaşlı qadının meyiti tapıldı

72 yaşlı qadının meyiti tapıldı

Hadisə

6 May 2022, 21:31

Gəncədə 72 yaşlı qadının meyiti tapılıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Cəfərova Bəsti İslam qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu