İran İslam Şurası Məclisinin (parlamentin) sədri Məhəmməd Qalibaf Azərbaycana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə İran parlamentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Məhəmməd Qalibaf İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Parlament Assambleyasının mayın 17-18-də Bakıda keçiriləcək 3-cü illik iclasında iştirak edəcək.
“Postpandemiya dövründə əməkdaşlıq əlaqələri: Qarşıda duran çağırışlar və imkanlar” mövzusunda keçiriləcək iclasdan sonra İran parlamentinin sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.