ABŞ Prezidenti Co Bayden Kanadanın Baş naziri Castin Trüdo ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
İki lider Rusiyanın Ukraynadakı müharibəsini müzakirə edib.
Tərəflər zərər çəkmiş milyonlarla ukraynalıya iqtisadi və humanitar yardım göstərmək üçün səylərini davam etdirəcəklərini təsdiqləyiblər.
Akif İsmayılov