Ukraynanın Mariupol şəhərində yerləşən “Azovstal” zavoduna sığınan bütün qadınlar, uşaqlar və qocalar artıq təxliyə edilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşuk məlumat verib.
O qeyd edib ki, Mariupol humanitar əməliyyatının bir hissəsi başa çatıb.
Xatırladaq ki, Mariupol şəhərində təxliyə prosesinə Beynəlxalq Qızıl Xaç Komitəsi və BMT köməklik edir.