Dünya Bankı Ukraynaya 1,5 milyard dollar vəsait ayıracaq.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, vəsait dövlət orqanlarında və təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının verilməsi üçün büdcə xərclərinin ödənilməsinə yönəldiləcək.
Bundan əvvəl Ukrayna Baş naziri Denis Şmıqal bildirib ki, fevralın sonundan Qərb ölkələri Kiyevə 12 milyard dollar məbləğində hərbi və maliyyə yardımı edib.
Akif İsmayılov