Modern.az

Ruslar kəndə “Qrad” atdı, uşaqlar öldü

Ruslar kəndə “Qrad” atdı, uşaqlar öldü

Dünya

7 May 2022, 22:12

Rusiya ordusu Luqansk vilayətinin Privolye kəndində zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qaydai məlumat verib.

 

O bildirib ki, zərbələr nəticəsində 11 və 14 yaşlı iki uşaq həlak olub. Kəndin "Qrad" raket sistemləri ilə atəşə tutulduğu qeyd edilib.

 

Hücumlar zamanı 12 və 8 yaşlı iki qız, habelə 69 yaşlı bir qadın yaralanıb. Sergey Qaydai əlavə edib ki, polis hələ də kənddə araşdırma aparır, qurbanların sayı daha çox ola bilər.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!