Modern.az

İrlandiyanın birləşməsini istəyənlər seçkidə qalib gəldi

İrlandiyanın birləşməsini istəyənlər seçkidə qalib gəldi

Dünya

7 May 2022, 23:50

Tarixdə ilk dəfə olaraq "Sinn Fein" partiyası Şimali İrlandiya Assambleyasına (yerli parlament) seçkilərdə qalib gəlib. 

 

Modern.az xəbər verir, bu barədə BBC məlumat yayıb.

 

İlkin nəticələrə əsasən, partiya 90 yerdən ən azı 27-ni qazanıb. 

 

"Sinn Fein" İrlandiyanın yenidən birləşməsi tərəfdarıdır. Partiya lideri Mişel Onil səsvermənin nəticələrini Şimali İrlandiya üçün "həlledici" adlandırıb.

 

Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində saxlanmasının tərəfdarı olan Demokratik Yunionist Partiyası 24 yer qazanıb. Ötən çağırışda partiyanın 27 mandatı var idi.

 

Liberal "Alyans" partiyası 17 mandat qazanıb. Ulster Unionist Partiyası da Böyük Britaniyada qalmağın tərəfdarıdır. Bu partiya 9 yerə sahib çıxıb. Daha 7 yer Sosial Demokratların payına düşüb.

 

"Sinn Fein" 1905-ci ildə yaradılıb. Partiya nümayəndələri İrlandiya Respublika Ordusu (IRA) yaraqlıları ilə əlaqədə ittiham olunur, lakin siyasi təşkilat bunu inkar edir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!