Rusiyada mayın 7-də 16 yaşayış məntəqəsində yanğınlar qeydə alınıb.
Modern.az xəbər verir ki, bu günə olan məlumata görə, yanğınlar nəticəsində xəsarət alanların sayı 19 nəfərə çatıb, 7 nəfər ölüb.
Bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib, aktiv yanğınlar qeydə alınan ərazilərdə insanlar təxliyə olunur.
Yanğın nəticəsində 518 ev, 309 tikili, 61 avtomobil yararsız vəziyyətə düşüb.