Modern.az

Kuleba Blinkenlə ərzaq təhlükəsizliyini müzakirə etdi

Kuleba Blinkenlə ərzaq təhlükəsizliyini müzakirə etdi

Dünya

8 May 2022, 19:38

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kuleba məlumat yayıb.

 

Tərəflər Ukraynanın ərzaq ixracına maneələrin aradan qaldırılmasını və qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsini müzakirə edib.

 

Ukrayna dünyanın əsas taxıl və yağlı bitki ixracatçılarından biridir. Fevralın 24-də müharibə başladıqdan sonra Rusiya Qara dəniz limanlarında taxılın ixracına maneə yaradıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!