Modern.az

Daha bir Avropa lideri Kiyevə səfər etdi

Daha bir Avropa lideri Kiyevə səfər etdi

Dünya

8 May 2022, 21:53

Xorvatiyanın Baş naziri Andriy Plenkoviç Kiyevə səfər edərək burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski "Twitter" hesabında məlumat yayıb.

 

Zelanski bildirib ki, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, azad edilmiş bölgələrdə normal həyatın bərpası üçün əməkdaşlıq imkanları müzakirə edilib.

 

Plenkoviç Zelenski ilə görüşdən sonra ölkənin Kiyevdə diplomatik missiyasının işini bərpa etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!