Modern.az

Kiyevə ərazilərini azad etmək üçün silah vermək lazımdırConson

“Kiyevə ərazilərini azad etmək üçün silah vermək lazımdır” - Conson

Dünya

8 May 2022, 23:51

Kiyevə rus qoşunları tərəfindən işğal olunmuş Ukrayna ərazilərini geri qaytarmağa imkan verəcək silahlar göndərmək lazımdır. 

 

Modern.az xəbər verir ki, bunu bazar günü Böyük Britaniyanın Baş naziri Boris Conson G7 liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı deyib.

 

"Ukrayna təkcə öz ərazisini saxlamağa deyil, həm də onu geri qaytarmağa imkan verəcək silahlar almalıdır", - deyə o qeyd edib.

 

Baş nazir, həmçinin vurğulayıb ki, Ukraynaya dəstək üçün daha çox iş görülməlidir və sürətli hərəkət etmək lazımdır. Conson digər liderlərlə birlikdə Rusiyaya iqtisadi təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!