Modern.az

Deputat Bərdənin rabitə problemlərini nazirlə müzakirə edib

Deputat Bərdənin rabitə problemlərini nazirlə müzakirə edib

8 May 2022, 10:57

Deputat Fatma Yıldırım Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə Bərdə şəhərinin rabitə problemlərini müzakirə edib. 

 

Modern.az xəbər verir ki, deputat görüş zamanı son aylarda Bərdə şəhəri və 14 kəndində - Zümürxan, İmamqulubəyli, Çəmənli, Şorəlli, Cəyirli, Divanlı, Güloğlular, Qaradağlı, Gərənə, Mirzalıbəyli, Qaraməmmədli, Hacıbəyli, Cumalar, Kafarlı ərazisində rabitə sisteminin təkmilləşdirilməsi istiqamətində GPON layihəsi əsasında görülmüş işlərə görə nazirə təşəkkür edib.

 

Hazırda mövcud olan digər problemləri də nazirin diqqətinə çatdıran Fatma Yıldırım məsələlərin həll olunacağına ümid etdiyini söyləyib. 

 

Rəşad Nəbiyev isə deputata cavabında 93 saylı Bərdə seçki dairəsi üzrə digər 32 kəndin (Yeni Daşkənd, Şatırlı, Birinci Qazaxlar, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Həsənqaya, Saatlı, Mirasəfli, Qəhrəmanlı, Mehdixanlı, İkinci Hacallı, SeyidYusifli, Tağılar, Umudalılar, Qayalı, Cicimli, Mirzəxan, Türkmən, Köbərkənd, Həsənli, Mirzəcəfərli, Qarağacı, Mollagüllər, Ərəblər, Bala Ərəblər, Qaraqoyunlu, Samux, Əyricə, Yeni Əyricə, Nəcəfqulubəyli, Kərimbəyli) rabitə, internet sistemindəki problemlərin mərhələli şəkildə həll olunmasını diqqətə saxlayacağını bildirib.

 

Görüş çərçivəsində, həmçinin yeni layihə olaraq, Bərdə gənclərinin informasiya texnologiyaları sahəsində biliklərə yiyələnmələri üçün yüksək səviyyəli təlimlərin təşkil olunması planlaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi