Modern.az

Zaxarovadan rus səfirə edilən hücuma REAKSİYA

Zaxarovadan rus səfirə edilən hücuma REAKSİYA

Dünya

9 May 2022, 14:48

"İkinci Dünya Müharibəsi qəhrəmanlarının abidələrinin sökülməsi, məzarların təhqir olunması, indi isə gülqoyma mərasiminin pozulması... Hər bir ləyaqətli insan üçün müqəddəs gündə mərasimin keçirilməsinə əngəl olmaq artıq aşkar olanı sübut edir: Qərbdə faşizmin reinkarnasiyası kursu müəyyən edilib”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb. 

 

Xatırladaq ki, 9 May - Qələbə günü münasibətilə Polşanın paytaxtı Varşavada sovet əsgərlərinin məzarlarını ziyarət edən Rusiya səfiri hücuma məruz qalıb. Diplomat Sergey Andreyevin üzərinə qırmızı boya atan sakinlər ona sovet əsgərlərinin xatirə qəbiristanlığına əklil qoymağa imkan verməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!