Modern.az

Nüvə sazişinin mətni hazırdır - İran XİN

Nüvə sazişinin mətni hazırdır - İran XİN

Dünya

9 May 2022, 18:08

İran və 4+1 ölkələri Vyana müzakirələrində ümumi razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məlumat verib.

 

O bildirib ki, sazişin mətni hazırdır, digər məsələ ABŞ-ın cavabından asılıdır.

 

"ABŞ-ın qərarı Vyanada sazişin rahatlıqla imzalanmasına gətirib çıxara bilər. Vyana müzakirələrinin koordinatoru Enrike Moranın Tehrana səfəri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Avropa İttifaqının Xarici Əlaqәlәr vә Tәhlükәsizlik Siyasәti üzrә Ali Nümayәndәsi Cozef Borrel ilə telefon danışığından sonra baş tutub. Tehranda nümayəndələrin görüşüb müzakirə aparması zərurəti var idi", - deyə XİN sözçüsü qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!