İsveçin hakim Sosial-Demokrat Partiyası bu ölkənin NATO-ya üzvlüyü ilə bağlı son qərarı mayın 15-də açıqlayacaq.
Modern.az xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Tobias Baudin məlumat yayıb.
Rusiya ilə 1300 kilometr sərhədi olan Finlandiya və İsveç NATO alyansına qoşulmağı düşünür.
Finlandiya da Alyansa qoşulub-qoşulmayacağı barədə qərarı may ayında verəcək. Rusiya hər iki ölkəyə NATO-ya qoşulmaması barədə xəbərdarlıq edib.
Ekspertlər hesab edir ki, Finlandiya və İsveçin 1949-cu ildə Sovet İttifaqına qarşı Qərbin təhlükəsizliyini təmin etmək üçün təsis edilmiş NATO-ya mümkün qoşulması Ukraynadakı müharibənin ən böyük strateji nəticələrindən biri ola bilər.