Ukrayna Hərbi Dəniz Qüvvələri komandanının aviasiya üzrə müavini, polkovnik İqor Bedzay döyüşlərdə həlak olub.
Modern.az xəbər verir ki, bu barədə “Sağ qayıt” fondunun direktoru Taras Çmut məlumat yayıb.
Onun sözlərinə görə, Bedzay Rusiya raketi ilə vurulan Mi-14 helikopterinin ekipaj üzvləri sırasında yer alıb.
"O, daha çox Sak yaxınlığındakı Novofedorovkadan olan 10-cu Hərbi Dəniz Aviasiya Briqadasının keçmiş komandiri kimi tanınır”, - deyə Çmut bildirib.