Modern.az

Avropa Rusiya qarşısında geri addım ATIR

Avropa Rusiya qarşısında geri addım ATIR

Dünya

9 May 2022, 20:25

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketinin hazırlanması çərçivəsində bəzi qadağaların yumşaldılması imkanlarını müzakirə edir.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Agentlik qeyd edib ki, təşkilat Rusiya neftinin Aİ-yə məxsus gəmilərlə üçüncü ölkələrə daşınmasına dair təklif olunan qadağanı ləğv edə bilər.

 

Mənbələr bildirib ki, Aİ Rusiya neftini ixrac edən gəmilərin sığortasına qoyulan qadağanı ciddi şəkildə müzakirə edir. Bu qərar qüvvəyə minərsə, ixraca ciddi maneə yaradacaq.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!