Modern.az

Odessaya raket hücumu - Şarl Mişel sığınacağa girdi

Odessaya raket hücumu - Şarl Mişel sığınacağa girdi

Dünya

9 May 2022, 21:02

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 9-da Odessaya səfəri zamanı şəhər raket atəşinə tutulub. O, bu səbəbdən Ukrayna Baş naziri Denis Şmiqalla görüşünü yarımçıq qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.

 

Görüş zamanı nümayəndə heyətləri raket zərbələrindən qorunmaq üçün sığınacaqlara gedib.

 

Xatırladaq ki, Şarl Mişel bu gün Odessaya səfər edib. O, bir müddət əvvəl paytaxt Kiyevdə prezident Volodimir Zelenski ilə görüşüb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu