Modern.az

Bayden Ukrayna ilə bağlı lend-liz qanununu İMZALADI 

Bayden Ukrayna ilə bağlı lend-liz qanununu İMZALADI 

Dünya

9 May 2022, 23:42

Mayın 9-da ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı lend-liz qanununu imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayb.

 

Qanun Kiyevə hərbi yardımın göndərilməsini sadələşdirəcək. Sənəd ABŞ Prezidentinə Ukraynaya silah göndərmək, eləcə də digər məqsədlər üçün daha geniş səlahiyyətlər verəcək.

 

Sonuncu dəfə lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan silah və digər hərbi vasitələr ABŞ-ın müttəfiqlərinə göndərilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM