Modern.az

Hacıqabulda güclü sel körpünü uçurdu

Hacıqabulda güclü sel körpünü uçurdu

9 May 2022, 23:48

Hacıqabulda güclü sel Pirsaatçay üzərindəki körpünü uçurub.

 

Modern.az Report-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında sel rayonun Udulu kəndində bir sıra fəsadlar törədib.

 

Kənd sakinlərinin bildirdiyinə görə, Pirsaatçay üzərindəki köhnə körpünün bir hissəsi yuyularaq sıradan çıxıb. Nəticədə rayon mərkəzi ilə 7 kənd arasında müvəqqəti olaraq əlaqəsi kəsilib.

 

Sakinlərdən əldə etdiyimiz məlumata görə, artıq həmin əraziyə müxtəlif təyinatlı texnika cəlb edilib, lazımi tədbirlər görülüb. Körpü artıq bərpa edilərək istifadəyə verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər