Modern.az

Lavrovdan Jozef Borrelə oğurluq İTTİHAMI

Lavrovdan Jozef Borrelə oğurluq İTTİHAMI

Dünya

10 May 2022, 17:46

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrelin ruslara məxsus aktivlərin dondurulması ilə bağlı təşəbbüsünü oğurluq adlandırıb.

 

Modern.az xəbər verir ki, Rusiya XİN rəhbərinin sözlərinə görə, Avropa İttifaqının artıq öz xarici siyasəti yoxdur və bu təşkilat tamamilə ABŞ-ın siyasəti ilə həmrəydir.

 

Xatırladaq ki, Jozef Borrel ötən gün "Financial Times" qəzetinə müsahibə verib. O, müsahibəsində bildirib ki, Avropa İttifaqı ölkələri Rusiyanın valyuta ehtiyatlarının dondurulmuş aktivlərini müsadirə etmək və həmin vəsaitlərdən Ukraynada müharibədən sonrakı quruculuq səylərini maliyyələşdirmək üçün istifadə etməyi düşünməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM