Modern.az

Almaniya Ukraynaya ən müasir silahları verəcək

Almaniya Ukraynaya ən müasir silahları verəcək

Dünya

10 May 2022, 19:44

"Biz Ukraynaya hərbi cəhətdən güclü dəstək verəcəyik".

 

Modern.az xəbər verir ki, bunu Kiyevdə keçirilən mətbuat konfransında Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

 

O, Ukraynanı ən müasir silahlarla təmin etmək üçün çalışdıqlarını bildirib.

 

"Bir neçə gündən sonra biz Ukrayna əsgərlərinin təliminə başlayacağıq, özüyeriyən artilleriya qurğularından istifadə etməyi öyrədəcəyik. Ukraynanın ən müasir silahları almasını və öz şəhərlərini gələcək hücumlardan qoruya bilməsini təmin etmək üçün Almaniya müəssisələri ilə işləyirik", - deyə nazir qeyd edib.

 

Xatırladaq ki, Almaniya Ukraynaya 7 ədəd PZH 2000 özüyeriyən artilleriya qurğuları göndərib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM